Nubia Z50S flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
23.10.2023
Emil Nəcəfov
ZTE şirkətinin Nubia brendi Z50S adlı yeni flaqman smartfonunu təqdim edib. Smartfonda flaqman Qualcomm prosessorunun və təkmilləşdirilmiş kameraların istifadə edilməsinə baxmayaraq o, orta qiymət seqmentinə daxil olan bir çox smartfondan baha qiymətə satılmır. Beləliklə Nubia Z50S smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılıb və onun yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 100 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
Smartfon həmçinin özündə stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilər baxımından Nubia Z50S smartfonu Snapdragon 8 Gen 2 prosessoru, 12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 64 MP (f/1.6 diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.2 diafraqma, avtofokus, 116 dərəcə bucaq əhatəsi) ikili arxa kamera, 16 MP-lik ön kamera və 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Nubia Z50S Android 13 vasitəsilə çalışır. Smartfon artıq Çində satışa çıxıb və onun qiyməti 306$-dan start götürür. Smartfonun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Nubia Z60 Ultra flaqman smartfonu Geekbench testlərindən keçib
Nubia Z60 Ultra flaqman smartfonu Geekbench testlərindən keçib
Keçən həftə məlumat ortaya çıxdı ki, Nubia şirkəti Z60 flaqman smartfon seriyası üzərində çalışır.
ZTE şirkəti Nubia Z60 adlı növbəti flaqman smartfonu üzərində çalışır
ZTE şirkəti Nubia Z60 adlı növbəti flaqman smartfonu üzərində çalışır
ZTE şirkəti özünün Nubia brendi altında yeni flaqman smartfonu üzərində çalışır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!