main-post-cover

    Nubia Z60 Ultra flaqman smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    23.10.2023
    Emil Nəcəfov
         Keçən həftə məlumat ortaya çıxdı ki, Nubia şirkəti Z60 flaqman smartfon seriyası üzərində çalışır. Məlumatda qeyd edilmişdi ki, bu seriyaya daxil olacaq adi Nubia Z60 modeli Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameraya sahib olacaq. İndi isə məlum olub ki, sözügedən yeni flaqman smartfon seriyasına daxil olacaq daha bir model Geekbench testlərindən keçib. Söhbət, Nubia Z60 Ultra-dan gedir.
         Geekbench məlumatlarına əsasən Nubia Z60 Ultra smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və Android 14 əməliyyat sisteminə sahib olacaq. Geekbench testlərindən bu yeni smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1634 xal, çox nüvəli testi çərçivəsində isə 5947 xal toplayıb. Nubia Z60 smartfon seriyasının bu ilin sonuna kimi təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ZTE şirkəti Nubia Z60 adlı növbəti flaqman smartfonu üzərində çalışır
    zte-sirketi-nubia-z60-adli-novbeti-flaqman-smartfonu-uzerinde-calisir