main-post-cover

    Nubia Z60 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    19.12.2023
    Emil Nəcəfov
         Nubia şirkəti daha öncə də söz verdiyi kimi bugün Nubia Z60 Ultra flaqman smartfonunu təqdim edib. Şirkətin bu yeni flaqman smartfonu yüksək parlaqlıq səviyyəsinə və tezlik yenilənməsinə sahib ekranı, böyük həcmli batareyanı, flaqman prosessoru və keyfiyyətli kameraları əldə edib. Beləliklə Nubia Z60 Ultra smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2480x1116 piksel keyfiyyətli 6.78 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1500 nit təşkil edir. Ekranın üzərində heç bir çıxıntı yoxdur. Belə ki, ön kamera ekranın alt hissəsinə yerləşdirilib. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
         Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndirilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilər baxımından smartfon Snapdragon 8 Gen 3 prosessoru, 12/16/24 GB RAM, 256/512 GB/1 TB daxiili yaddaş həcmi, 50 MP + 50 MP + 64 MP üçlü arxa kamera, 12 MP-lik ön kamera və 80 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Nubia Z60 Ultra qutudan Android 14 vasitəsilə çalışır. Smartfon Çində satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı isə bilinmir. Nubia Z60 Ultra-nın Çin bazarındakı satış qiymətləri aşağıdakı kimidir.
    - 12 GB RAM + 256 GB yaddaş - 565$
    - 16 GB RAM + 512 GB yaddaş - 662$
    - 16 GB RAM + 1 TB yaddaş - 747$
    - 24 GB RAM + 1 TB yaddaş - 846$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimatdan bir gün qabaq Nubia Z60 Ultra-nın əsas texniki imkanları açıqlanıb
    teqdimatdan-bir-gun-qabaq-nubia-z60-ultra-nin-esas-texniki-imkanlari-aciqlanib
    Nubia Z60 Ultra-nın batareya həcmi nə qədər olacaq?
    nubia-z60-ultra-nin-batareya-hecmi-ne-qeder-olacaq
    Nubia Z60 Ultra-nın rəsmi fotoları təqdim edilib
    nubia-z60-ultra-nin-resmi-fotolari-teqdim-edilib
    Nubia Z60 Ultra-nın kamera göstəriciləri rəsmi şəkildə təqdim olunub
    nubia-z60-ultra-nin-kamera-gostericileri-resmi-sekilde-teqdim-olunub
    Nubia Z60 Ultra flaqman smartfonunun fotosu ortaya çıxıb
    nubia-z60-ultra-flaqman-smartfonunun-fotosu-ortaya-cixib