
Nubia Z60 Ultra flaqman smartfonunun fotosu ortaya çıxıb
Cihazlar+
11.12.2023
Emil
Nubia şirkəti 19 dekabr tarixində Nubia Z60 Ultra flaqman smartfonunu təqdim edəcək. Təqdimata az müddət qalmış internetdə sözügedən smartfonun render fotosu ortaya çıxıb. Ortaya çıxmış fotodan da görmək olar ki, Nubia Z60 Ultra bir qədər qeyri-adi dizayna sahib olacaq. Render fotoya əsasən smartfonun arxa panelində 3 ədəd kamera obyektivi yerləşəcək və onlardan hər biri fərdi dizayna sahib olacaq. Smartfonun ekranı üzərində isə ön kamera üçün heç bir çıxıntı hissə yerləşməyəcək. Belə ki, ön kamera ekranın alt hissəsinə inteqrasiya ediləcək. Qeyd etmək lazımdır ki, Nubia Z60 Ultra smartfonunun Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı və özündə 50 MP + 50 MP + 64 MP üçlü arxa kamera ilə 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
