
Nubia Z60 Ultra flaqman smartfonunun texniki imkanları açıqlanıb
Cihazlar+
28.11.2023
Emil
Nubia şirkəti keçən həftə Red Magic 9 Pro smartfon seriyasını təqdim etdi. İndi isə şirkət digər flaqman smartfon seriyasının təqdimatına hazırlaşır. Söhbət, Nubia Z60-dan gedir. Bu seriyaya Nubia Z60 ilə yanaşı Z60 Ultra modeli də daxil olacaq. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Nubia Z60 Ultra-nın bəzi texniki özəlliklərini açıqlayıb.
Beləliklə insayderin sözlərinə əsasən smartfon 1.5K keyfiyyətli OLED ekrana sahib olacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı özündə birləşdirməlidir. Kameralara gəldikdə isə insayder bildirib ki, Nubia Z60 Ultra-nın arxa kameralarından biri 64 MP-lik, biri isə 50 MP-lik olacaq. Nubia Z60 smartfon seriyasının nə zaman təqdim olunacağı bilinmir. Təqdimat gələn ay və ya yanvar ayında baş tuta bilər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
