
Nubia Z60 Ultra-nın batareya həcmi nə qədər olacaq?
Cihazlar+
15.12.2023
Emil
Nubia şirkəti özünün yeni flaqman smartfonu olacaq Nubia Z60 Ultra barəsində rəsmi məlumatlar verməyə davam edir. Bu dəfə şirkət sözügedən smartfonun batareya həcmi və şarj texnologiyasının gücü barəsində məlumat verib. Beləliklə şirkətin təqdim etmiş olduğu posterə əsasən Nubia Z60 Ultra smartfonu 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Onun dəstəkləyəcəyi sürətli şarj texnologiyasının gücü isə 80 vatt təşkil edəcək. Qeyd etmək lazımdır ki, Nubia Z60 Ultra-nın təqdimatı 19 dekabr tarixində baş tutacaq.

Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
