
Nubia Z60 Ultra-nın kamera göstəriciləri rəsmi şəkildə təqdim olunub
Cihazlar+
11.12.2023
Emil
Nubia şirkəti 19 dekabr tarixində təqdim olunacaq Nubia Z60 Ultra smartfonu barəsində məlumatları təqdim etməyə davam edir. Bu dəfə şirkət sözügedən smartfonun kameraları barəsində məlumat verib. Beləliklə şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Nubia Z60 Ultra smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq. Əsas kamera 50 MP-lik olacaq və o, geniş diafraqma ilə 18 mm fokus məsafəsinə sahib olacaq. İkinci kamera 35 mm fokus məsafəsinə sahib 50 MP-lik kamera olacaq. Üçüncü kameraya gəldikdə isə o, 85 mm-lik fokus məsafəsinə sahib 64 MP-lik teleobyektiv olacaq. Məlumatda qeyd edilib ki, hər 3 kamera optik stabilizasiya funksiyasına sahib olacaq.

Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
