main-post-cover

    Nubia Z60 Ultra-nın rəsmi fotoları təqdim edilib

    Cihazlar+
    12.12.2023
    Emil Nəcəfov
         Nubia şirkəti 19 dekabr tarixindəki təqdimat tədbirini gözləmədən Nubia Z60 Ultra-nın keyfiyyətli rəsmi fotolarını təqdim edib. Fotolardan da görmək olar ki, smartfon bazara 3 gövdə rəngində satışa çıxacaq. Ağ, qara və Starry Night Edition. Starry Night Edition smartfonun xüsusi versiyası olacaq. Smartfon yastı gövdəni və ekranı əldə edib. Bununla belə ekran üzərində heç bir çıxıntı hissə yoxdur. Belə ki, ön kamera ekranın alt hissəsinə inteqrasiya edilib. Arxa paneldən smartfon 3 ədəd kamera obyektivini əldə edib və onlardan hər biri fərqli dizayndadır. Son məlumat sızıntılarına əsasən smartfon 50 MP + 50 MP + 64 MP üçlü arxa kamera ilə təchiz olunacaq. Bununla yanaşı smartfon Snapdragon 8 Gen 3 prosessoru və 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nubia Z60 Ultra-nın kamera göstəriciləri rəsmi şəkildə təqdim olunub
    nubia-z60-ultra-nin-kamera-gostericileri-resmi-sekilde-teqdim-olunub
    Nubia Z60 Ultra flaqman smartfonunun fotosu ortaya çıxıb
    nubia-z60-ultra-flaqman-smartfonunun-fotosu-ortaya-cixib
    Nubia Z60 Ultra-nın tizer fotoları ortaya çıxıb
    nubia-z60-ultra-nin-tizer-fotolari-ortaya-cixib
    Nubia Z60 Ultra flaqman smartfonunun konkret təqdimat tarixi açıqlanıb
    nubia-z60-ultra-flaqman-smartfonunun-konkret-teqdimat-tarixi-aciqlanib
    Nubia Z60 Ultra-nın yaxın zamanda təqdimatı rəsmi şəkildə təsdiqlənib
    nubia-z60-ultra-nin-yaxin-zamanda-teqdimati-resmi-sekilde-tesdiqlenib