
Nubia Z60 Ultra-nın tizer fotoları ortaya çıxıb
Cihazlar+
08.12.2023
Emil
Dünən Nubia şirkəti Nubia Z60 Ultra flaqman smartfonunun təqdimat tarixini elan etdi. Smartfon 19 dekabr tarixində təqdim ediləcək. İndi isə məlum olub ki, Çinin JD.com adlı online ticarət platformasında sözügedən smartfonun ön sifariş səhifəsi ortaya çıxıb. Üstəlik Digital Chat Station ləqəbli məşhur insayder smartfonun bəzi texniki imkanlarını açıqlayıb. JD.com platformasında ortaya çıxmış fotolardan birində görmək olar ki, Nubia Z60 Ultra smartfonu yastı gövdə dizaynını əldə edəcək. İnsayder bildirib ki, sözügedən smartfonda ön kamera ekranın alt hissəsində yerləşəcək. Üstəlik smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunacaq. Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.


Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
