
Nubia Z60 Ultra-nın yaxın zamanda təqdimatı rəsmi şəkildə təsdiqlənib
Cihazlar+
30.11.2023
Emil
Nubia şirkəti yeni flaqman smartfonunun təqdimatına hazırlaşdığını rəsmi şəkildə təsdiqləyib. Söhbət, Nubia Z60 Ultra smartfonundan gedir. Çinin Weibo adlı sosial şəbəkəsində Nubia tərəfindən təqdim edilmiş posterə əsasən Nubia Z60 Ultra smartfonu dekabrda təqdim ediləcək. Dəqiq təqdimat tarixi barəsində məlumat isə daha sonra veriləcək. Son məlumat sızıntılarına əsasən Nubia Z60 Ultra smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 64 MP + 50 MP + 50 MP üçlü arxa kamera ilə 80 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.

Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
