
Nubia Z70 Ultra-nın qlobal versiyası təqdim edilib - QİYMƏTİ
Cihazlar+
27.11.2024
Emil
Nubia şirkəti keçən həftə Çində Nubia Z70 Ultra adlı yeni flaqman smartfonunu təqdim etdi. İndi isə şirkət onun qlobal versiyasını təqdim edib. Nubia Z70 Ultra-nın qlobal versiyası nə xarici görünüşcə nə də texniki imkanlar baxımından Çində satılan versiyadan fərqlənmir. Smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 2688x1216 piksel keyfiyyətli OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir.
O, Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16/24 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Nubia Z70 Ultra 50 MP + 50 MP + 64 MP üçlü arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 6150 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Nubia Z70 Ultra-nın qlobal bazarda satışlarına 5 dekabr tarixində start veriləcək və onun qiyməti 729$-dan başlayacaq.

Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
