Logo
    main-post-cover

    Nubia Z70 Ultra smartfonunun təqdimatı anons edilib

    Cihazlar+
    16.11.2024
    Emil
         Nubia şirkəti yeni flaqman smartfonunun təqdimatını anons edib. Söhbət, Nubia Z70 Ultra smartfonundan gedir. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən bu yeni flaqman smartfon 21 noyabr tarixində Çində təqdim olunacaq. Bununla yanaşı smartfon əlavə iki foto vasitəsilə Nubia Z70 Ultra-nın bəzi texniki imkanlarını açıqlayıb. Beləliklə fotolara əsasən smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.85 düym ölçülü ekranla təchiz olunacaq. Ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit, onun ətrafındakı çərçivələrin qalınlıqları isə 1.25 mm təşkil edəcək. Bununla yanaşı şirkət təsdiqləyib ki, Nubia Z70 Ultra smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq.
    Paylaş