
Nüfuzlu insayder: 'Apple iPhone 14 Pro modellərinin ekranlarındakı ənənəvi çıxıntı hissədən imtina edəcək'
Cihazlar+
07.01.2022
Emil
DylanDKT ləqəbli nüfuzlu insayder Apple şirkətinin bu ilki iPhone 14 Pro barəsində yeni məlumatları təqdim edib. İnsayderin verdiyi məlumatlara əsasən sözügedən smartfon əvvəlki iPhone Pro modellərindən xarici görünüşcə fərqlənəcək. Fəqlilik əsasən smartfonun ön panelini əhatə edəcək. Belə ki, Apple şirkəti iPhone 14 Pro və iPhone 14 Pro Max modellərində Face ID texnologiyasını ekranların alt hissəsinə yerləşdirməyi planlaşdırır. Bundan əlavə olaraq şirkət ön kameraların yerləşdirilməsi üçün nəzərdə tutulmuş ənənəvi çıxıntı hissədən imtina edəcək. Bunun yerinə şirkət ön kameranı ekran üzərindəki kiçik çıxıntı daxilində yerləşdirəcək. Bir çox müasir Android smartfonda ön kamera ekran üzərində məhz bu cür üsul ilə yerləşdirilir.
Lakin məlumatda qeyd edilib ki, ekran üzərində olacaq kiçik çıxıntı hissə Android smartfonlardakı kimi dairəvi formada yox oval formada reallaşdırılacaq. Bundan əlavə olaraq iPhone 14 seriyasına da 4 smartfon modelinin daxil olacağı gözlənilir: iPhone 14, iPhone 14 Max, iPhone 14 Pro və iPhone 14 Pro Max. iPhone 14 və iPhone 14 Max modellərinin 6.1 düym, iPhone 14 Pro və iPhone 14 Pro Max modellərinin isə 6.7 düym ekranla təchiz olunacaqları gözlənilir. Beləliklə bu ilki iPhone 14 seriyasından başlayaraq artıq iPhone mini modeli olmayacaq. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən iPhone 14 Max modelinin qiyməti 900$-dan başlayacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
