main-post-cover

    Nüfuzlu insayder Samsung Galaxy S21 smartfonlarının qutularına nələrin daxil olmayacağından danışıb

    Cihazlar+
    18.12.2020
    Emil Nəcəfov
        iPhone 12 smartfon seriyasının təqdimatı zamanı məlum olmuşdu ki, yeni iPhone modellərinin qutularında şarj cihazı olmayacaq. Həmin ərəfədə Samsung Apple şirkətinin bu qərarına ironiya ilə yanaşmışdı. Lakin daha sonra internetdə məlumat ortaya çıxdı ki, Samsung da bu cür qərar qəbul etməyi planlaşdırır. Nüfuzlu insayder olan Roland Quandt öz Twitter hesabında iki vacib tweet paylaşıb.
        İlk öncə o bildirib ki, Samsung-un Galaxy S21 seriyasının heç bir smartfonunun qutusunda şarj cihazı olmayacaq. Növbəti tweet-də isə o qeyd edib ki, smartfonların qutularında həmçinin qoruyucu keys ilə qulaqlıq da olmayacaq. Qeyd etmək lazımdır ki, Roland Quandt-ın məlumatları əsasən doğru olurlar. Buna görə də Samsung-un öz yeni flaqman smartfonlarının qutularından bir sıra aksessuarları çıxardacağı ehtimalı yüksəkdir.
        Bununla yanaşı insayder bildirib ki, şirkətin yeni Exynos 2100 prosessoru 7 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Bu məlumatın isə nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Hər halda Galaxy S21 smartfonlarının qutularına nəyin daxil olub nəyin daxil olmayacağı təqdimat zamanı bilinəcək. Bir sıra məlumatlara əsasən Galaxy S21 seriyası 14 yanvar tarixində təqdim olunacaq.
    Linki kopyala