
Nüfuzlu insayder Samsung Galaxy S23 Ultra-nın sahib olacağı kameralar barəsində məlumat verib
Cihazlar+
04.11.2022
Emil
Nüfuzlu insayderlərdən biri Samsung Galaxy S23 Ultra smartfon modelinin kameraları barəsində məlumat verib. Maraqlısı ondadır ki, sözügedən smartfonda 200 MP-lik əsas arxa kameradan əlavə daha kiçik göstəricili kameralardan istifadə ediləcək. Kameralarda zoom məsələsinə gəldikdə Samsung həmişə kameraların sayına deyil, onların keyfiyyətlərinə önəm verib. Bu isə öz növbəsində Galaxy S23 Ultra modelində 200 MP-lik əsas kamera ilə birlikdə 10 MP-lik periskop və 10 MP-lik teleobyektivin istifadəsini əsaslandırır. Məlumatda qeyd edilib ki, 10 MP-lik periskop obyektiv 10 qat optik zoom-u, 10 MP-lik teleobyektiv isə 3 qat optik zoom-u təmin edəcək. Dördüncü kameraya gəldikdə o, 12 MP-lik ultragenişbucaqlı obyektiv olacaq. Beləliklə Galaxy S23 Ultra modeli 200 MP + 10 MP + 10 MP + 12 MP dördlü arxa kamera ilə təchiz olunacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
