Logo
    main-post-cover

    NVIDIA GeForce RTX 40 SUPER videokart seriyası təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.01.2024
    Emil
         NVIDIA şirkəti GeForce RTX 40 SUPER videokart seriyasını təqdim edib. Yeni videokart seriyasına RTX 4070 SUPER, RTX 4070 Ti SUPERRTX 4080 SUPER videokartları daxil olublar. NVIDIA bu yeni videokartlarda əsas diqqətini performans yüksəlişinə, ray tracing texnologiyasına və tenzor nüvələrinə ayırıb. İlk öncə RTX 4080 SUPER videokartına nəzər yetirək. Sözügedən videokart 10 240 ədəd CUDA nüvəsini əldə edib.
         Videokart özündə 64 MB-lıq L2 keş yaddaşını və GDDR6X standartlı 16 GB-lıq VRAM-ı birləşdirir. Sözügedən videokart məlumatların saniyədə 736 GB sürətlə ötürülməsini təmin edir. RTX 4080 SUPER-in enerji sərfiyyatı 320 vatt təşkil edir. RTX 4070 Ti SUPER videokartı 8448 ədəd CUDA nüvəsini əldə edib. Videokart özündə 48 MB-lıq L2 keş yaddaşını və GDDR6X standartlı 16 GB VRAM-ı birləşdirir. RTX 4070 Ti məlumatların saniyədə 672 GB sürətlə ötürülməsini təmin edir.
         Onun enerji sərfiyyatı isə 285 vatt-dır. RTX 4070 SUPER-ə gəldikdə isə o, 7680 ədəd CUDA nüvəsini, 12 GB-lıq VRAM-ı və 36 MB-lıq L2 keş yaddaşını əldə edib. Sözügedən videokart məlumatların saniyədə 504 GB sürətlə ötürülməsini təmin edir. RTX 4070 SUPER-in enerji sərfiyyatı 220 vatt təşkil edir. RTX 4080 SUPER 31 yanvar tarixində 999$ qiymətində, RTX 4070 Ti SUPER 24 yanvar tarixində 799$ qiymətində, RTX 4070 SUPER isə 17 yanvar tarixində 599$ qiymətində satışa çıxacaq.
    Paylaş