
NVIDIA GeForce RTX 40 SUPER videokartlarının hansı həcmdə video yaddaşa sahib olacaqları məlum olub
Cihazlar+
30.12.2023
Emil
Gigabyte şirkətinin yaxın zamanda satışa çıxaracağı videokartların siyahısı ortaya çıxıb. Ortaya çıxmış siyahıda diqqət çəkən məsələ ondan ibarətdir ki, onda NIVIDIA tərəfindən hələ təqdim olunmamış GeForce RTX 4070 SUPER, RTX 4080 SUPER və RTX 4070 Ti SUPER videokartları əks olunub. Siyahıya əsasən GeForce RTX 4070 SUPER videokartı 12 GB VRAM-a, RTX 4080 SUPER və RTX 4070 Ti SUPER videokartları isə 16 GB VRAM-a sahib olacaqlar. Sözügedən videokartların gələn ay təqdim olunacaqları gözlənilir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
