main-post-cover

    NVIDIA GeForce RTX 40 SUPER videokartlarının hansı performansda çalışdıqları məlum olub

    Cihazlar+
    12.01.2024
    Emil Nəcəfov
         Bir neçə gün bundan öncə NVIDIA şirkəti GeForce RTX 40 SUPER videokart seriyasını təqdim etdi. Bu seriyaya GeForce RTX 4070 SUPER, RTX 4070 Ti SUPERRTX 4080 SUPER videokartları daxildirlər. İndi isə internetdə bu yeni videokartların performanslarının adi RTX 40 seriyasının videokartlarının performansları ilə müqayisə fotosu ortaya çıxıb. Fotoda əks olunmuş nəticələrin hansı kompüter oyununda əldə edildiyi barəsində məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, testlər çərçivəsində DLSS texnologiyasından istifadə edilməyib. Fotodan da görmək olar ki, bütün videokartlar iki qrupa bölünüb. 2K 4K görüntü keyfiyyətinə sahib oyunlar. Adi RTX 4080 ilə müqayisədə RTX 4080 SUPER 8.8% daha yüksək performans sərgiləyib. RTX 4070 Ti SUPER və RTX 4070 SUPER videokartlarına gəldikdə isə onlar öz adi versiyaları ilə müqayisədə 12%10% daha yüksək performans sərgiləyiblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Stock fotoların tərtibatı üçün yeni süni zəka platforması təqdim edilib
    stock-fotolarin-tertibati-ucun-yeni-suni-zeka-platformasi-teqdim-edilib
    NVIDIA GeForce RTX 40 SUPER videokart seriyası təqdim edilib - QİYMƏTİ
    nvidia-geforce-rtx-40-super-videokart-seriyasi-teqdim-edilib-qiymeti
    NVIDIA GeForce RTX 40 SUPER videokartlarının hansı həcmdə video yaddaşa sahib olacaqları məlum olub
    nvidia-geforce-rtx-40-super-videokartlarinin-hansi-hecmde-video-yaddasa-sahib-olacaqlari-melum-olub
    NVIDIA-nın GeForce RTX 50 videokart seriyası nə zaman satışa çıxacaq?
    nvidia-nin-geforce-rtx-50-videokart-seriyasi-ne-zaman-satisa-cixacaq
    NVIDIA GeForce RTX 40 SUPER videokartlarının nə zaman təqdim olunacaqları açıqlanıb
    nvidia-geforce-rtx-40-super-videokartlarinin-ne-zaman-teqdim-olunacaqlari-aciqlanib