
NVIDIA GeForce RTX 4070 SUPER videokartı 3DMark testlərindən keçib
Cihazlar+
17.01.2024
Emil
Videocardz nəşriyyatı bir neçə müddət bundan öncə təqdim edilmiş NVIDIA GeForce RTX 4070 SUPER videokartının 3DMark-dakı test nəticələrini təqdim edib. Məlum olub ki, adi RTX 4070 ilə müqayisədə RTX 4070 SUPER daha yüksək performans sərgiləyir. 3DMark testləri nəticəsində RTX 4070 SUPER modeli RTX 4070 modelindən 15-19% daha sürətli olub. Lakin RTX 4070 Ti modelindən yeni videokart 5-8% daha ləng çalışıb. Qeyd etmək lazımdır ki, RTX 4070 SUPER-in tərkibi 7168 ədəd CUDA nüvəsinə və GDDR6X standartlı 12 GB VRAM-a sahib AD104 qrafik çipindən təşkil edilib. Videokartın enerji sərfiyyatı isə 220 vatt təşkil edir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
