main-post-cover

    NVIDIA GeForce RTX 4070 Ti SUPER videokartı 3DMark testlərindən keçib

    Cihazlar+
    23.01.2024
    Emil Nəcəfov
         Hələ bir neçə müddət bundan öncə NVIDIA GeForce RTX 4070 SUPER videokartı 3DMark testlərindən keçmişdi. Sabah isə GeForce RTX 4070 Ti SUPER videokartı satışa çıxacaq. Satışa çıxmazdan öncə GeForce RTX 4070 Ti SUPER videokartının da 3DMark testlərindən keçdiyi məlum olub. Onun əldə etmiş olduğu test nəticələri RTX 4070 Ti RTX 4080 videokartlarının test nəticələri ilə müqayisə edilib. Beləliklə təqdim edilmiş fotoya əsasən GeForce RTX 4070 Ti SUPER modeli adi GeForce RTX 4070 Ti-dan 8% sürətli çalışır. Lakin bununla belə yeni videokart GeForce RTX 4080-dən 15% daha ləngdir. Videokartlar arasında ən böyük fərq Speed Way testində, ən kiçik fərq isə Fire Strike testində müşahidə edilir. Məlumdur ki, NVIDIA şirkəti RTX 4070 Ti SUPER-in satışa çıxmasından sonra tədricən adi RTX 4070 Ti-dan imtina edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta öz süni zəka infrastrukturu üçün milyardlarla dollar vəsait sərf edir
    meta-oz-suni-zeka-infrastrukturu-ucun-milyardlarla-dollar-vesait-serf-edir
    NVIDIA GeForce RTX 4070 SUPER videokartı 3DMark testlərindən keçib
    nvidia-geforce-rtx-4070-super-videokarti-3dmark-testlerinden-kecib
    Yenilənmiş NVIDIA GeForce RTX 3050 videokartının texniki imkanları ortaya çıxıb
    yenilenmis-nvidia-geforce-rtx-3050-videokartinin-texniki-imkanlari-ortaya-cixib
    Oyunlardakı kənar personajları canlandıra biləcək texnologiya təqdim edilib (VİDEO)
    oyunlardaki-kenar-personajlari-canlandira-bilecek-texnologiya-teqdim-edilib-video
    NVIDIA GeForce RTX 40 SUPER videokartlarının hansı performansda çalışdıqları məlum olub
    nvidia-geforce-rtx-40-super-videokartlarinin-hansi-performansda-calisdiqlari-melum-olub