Logo
    main-post-cover

    NVIDIA GeForce RTX 50 videokart seriyasına daxil olacaq minimum iki model barəsində məlumatlar verilib

    Cihazlar+
    12.03.2024
    Emil
         NVIDIA şirkəti bu il GeForce RTX 50 videokart seriyasını təqdim etməlidir. İndi isə insayderlər sözügedən videokart seriyası barəsində bəzi məlumatları təqdim ediblər. İnsayderlərin sözlərinə əsasən GeForce RTX 50 videokart seriyasına minimum iki model daxil olacaq. Onlardan biri GB202 adlı qrafik çip əsasında, digəri isə GB203 adlı qrafik çip əsasında hazırlanacaq. GB202 qrafik çip əsasında hazırlanacaq model flaqman videokart, GB203 qrafik çip əsasında hazırlanacaq model isə orta səviyyəli videokart olacaq və o, iki dəfə daha az nüvə əldə edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, RTX 4090 videokartı RTX 4080-dən 80% daha çox nüvəyə sahibdir. Bununla yanaşı məlumatda qeyd edilib ki, RTX 50 seriyasının iki videokartı GDDR7 standartlı VRAM-ı əldə edəcək.
    Paylaş