
NVIDIA GeForce RTX 5090 videokartının qiyməti açıqlanıb
Cihazlar+
15.02.2024
Emil
Heç şübhəsiz NVIDIA şirkəti hazırda GeForce RTX 5090 flaqman videokartı üzərində çalışır. İnsayderlər isə hazırlanan bu yeni videokartın nə zaman təqdim olunacağı və hansı qiymətə satışa çıxacağı barəsində məlumat veriblər. Beləliklə onların sözlərinə əsasən şirkət GeForce RTX 5090-ı bu ilin dördüncü rübündə təqdim etməyi planlaşdırır. Videokartın satış qiymətinə gəldikdə isə məlumatda qeyd edilib ki, o, 2000$ qiymətində satışa çıxacaq. Bəzi məlumatlara əsasən GeForce RTX 5090-ın əsasını tamamilə yeni qrafik çip təşkil edəcək və videokartın özü GDDR6X standartlı VRAM-ı dəstəkləyəcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
