Logo
    main-post-cover

    NVIDIA GeForce Trading Cards kolleksiya kartlarını təqdim etdi

    Cihazlar+
    10.07.2026
    Sevinj
        NVIDIA oyun həvəskarları üçün yeni GeForce Trading Cards adlı kolleksiya kartlarını təqdim edib. Şirkətin "Series 1" adlandırdığı ilk seriyada ümumilikdə 14 fərqli dizayn yer alır və bu kartlar GeForce platformasının tarixində mühüm rol oynayan məhsulları və hadisələri əks etdirir. Kartlar satış üçün nəzərdə tutulmayıb. NVIDIA onları yay ayları ərzində keçiriləcək "Summer of RTX" kampaniyaları çərçivəsində GeForce sosial media hesablarında təşkil olunan hədiyyəli müsabiqələr vasitəsilə, həmçinin Bilibili World 2026, QuakeCon 2026gamescom 2026 kimi tədbirlərdə iştirakçılara pulsuz təqdim edəcək. Tədbirlərdə şirkətin stendinə yaxınlaşan ziyarətçilər də bu kartları əldə etmək şansı qazanacaqlar.
    Trading cards
        İlk seriyada NVIDIA-nın tarixində xüsusi yer tutan məhsullar əks olunub. Bunlar arasında şirkətin ilk kütləvi multimedia prosessoru NV1 və dünyanın ilk GPU-su kimi təqdim olunan GeForce 256 də var. Şirkətin açıqlamasına görə, bu yalnız ilk seriyadır və gələcəkdə yeni GeForce Trading Cards kolleksiyalarının da təqdim olunması planlaşdırılır.
    Paylaş