
NVIDIA-nın GeForce RTX 50 videokart seriyası nə zaman satışa çıxacaq?
Cihazlar+
26.12.2023
Emil
Heç kim üçün sirr deyil ki, NVIDIA şirkəti hal-hazırda GeForce RTX 50 videokart seriyası üzərində çalışır. İnsayderlərin vermiş olduqları məlumata əsasən şirkət sözügedən videokart seriyasını 2024-cü ilin dördüncü rübündə satışa çıxaracaq. Daha öncə isə məlumat ortaya çıxmışdı ki, bu, 2025-ci ildə baş verəcək. İnsayderlərin sözlərinə əsasən GeForce RTX 50 videokart seriyasının gələn il satışa çıxarılmasının əsas səbəbi alıcıların GeForce RTX 40 videokart seriyasını o qədər də yaxşı qəbul etməmələridir. Gözləntilərə əsasən RTX 30 və RTX 40 videokartları ilə müqayisədə RTX 50 videokartları daha yüksək səviyyədə təkmilləşdirilmiş olacaqlar.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
