main-post-cover

    NVIDIA yeni portativ oyun konsolunu hazırlayır

    Cihazlar+
    04.03.2024
    Emil Nəcəfov
         Böyük şirkətlərin əksəriyyəti son zamanlarda portativ oyun konsolları bazarına nəzər yetirməyə başlayıblar. Bu, Nintendo Switch ilə Steam Deck satışlarının uğurlu olması ilə bağlıdır. Bazarda sözügedən portativ oyun konsollarından əlavə olaraq artıq Lenovo Legion Go, ASUS Rog Ally, MSI Claw kimi cihazlar var. İndi isə bu bazara daha bir böyük şirkət daxil olmağa hazırlaşır. Söhbət, NVIDIA-dan gedir. Belə ki, insayderlərin vermiş olduqları məlumata əsasən NVIDIA şirkəti hal-hazırda özünün portativ oyun konsolu üzərində çalışır. Hal-hazırda satışda olan bütün portativ oyun konsolları AMD ilə Intel texnologiyaları əsasında hazırlanıblar.
         Lakin bu cür cihazların hazırlanmasında NVIDIA-nın texnologiyalarına nəzər yetirən yoxdur. NVIDIA isə öz növbəsində bu vəziyyəti dəyişmək qərarındadır. Belə ki, şirkət fərdi portativ oyun konsolunu yalnız öz texnologiyaları əsasında hazırlayır. İnsayderlərin sözlərinə əsasən NVIDIA bu layihə çərçivəsində kənar şirkət qismində yalnız Intel ilə əməkdaşlıq edir. Burdan da belə qənaətə gəlmək olar ki, NVIDIA-nın portativ oyun konsolunda məhz Intel prosessorundan istifadə ediləcək. Qeyd etmək lazımdır ki, NVIDIA zamanında Shield adlı portativ oyun konsolunu satışa çıxartmışdı. Lakin nəticədə bu layihə uğurlu olmadı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NVIDA şirkətinin CEO-nun fikrincə bazarda ayrıca süni zəka çiplərinə ehtiyac yoxdur
    nvida-sirketinin-ceo-nun-fikrince-bazarda-ayrica-suni-zeka-ciplerine-ehtiyac-yoxdur
    NVIDIA GeForce RTX 5090 videokartının qiyməti açıqlanıb
    nvidia-geforce-rtx-5090-videokarti-ne-zaman-te
    NVIDIA şirkəti birbaşa kompüterə çalışan çat-botu istifadəyə verib (VİDEO)
    nvidia-sirketi-birbasa-komputere-calisan-cat-botu-istifadeye-verib-video
    NVIDIA Amazon-u geridə qoyaraq dünyanın dördüncü ən bahalı şirkəti oldu
    nvidia-amazon-u-geride-qoyaraq-dunyanin-dorduncu-en-bahali-sirketi-oldu
    Mütəxəssislər ən performanslı 56 videokart modelinin reytinqini tərtib ediblər
    mutexessisler-en-performansli-56-videokart-modelinin-reytinqini-tertib-edibler