Logo
    main-post-cover

    NVIDIA yeni RTX Spark çipini təqdim etdi

    Cihazlar+
    05.06.2026
    Sevinj
        NVIDIA Computex və Microsoft Build tədbirləri çərçivəsində yeni RTX Spark platformasını təqdim edib. Şirkət yeni məhsulunu sadəcə çip deyil, "superçip" adlandırır və onun fərdi kompüterlərdə süni intellekt imkanlarını əhəmiyyətli dərəcədə artıracağını iddia edir. RTX Spark vahid platformada prosessoru, qrafik prosessorunu və operativ yaddaşı birləşdirən sistemdir. Bu yanaşma son illərdə Apple Silicon, Qualcomm Snapdragon X seriyası və AMD Ryzen AI Max platformalarında da tətbiq olunur. NVIDIA isə hesab edir ki, yeni həlli bazarda performans baxımından fərqlənəcək.
    Promotional image for the RTX Spark
        Yeni platforma MediaTek tərəfindən istehsal olunan 20 nüvəli ARM prosessoru ilə təchiz edilir. Qrafik hissə isə NVIDIA-nın məlumatına görə təxminən GeForce RTX 5070 səviyyəsində performans təqdim edir. İstifadəçilər cihazları 16 GB-dan 128 GB-a qədər vahid yaddaş konfiqurasiyaları ilə sifariş edə biləcəklər. RTX Spark əslində NVIDIA-nın daha əvvəl təqdim etdiyi DGX Spark mini-kompüterinin mobil versiyası hesab olunur. Şirkət bildirir ki, yeni platforma xüsusilə süni intellekt tətbiqlərinin lokal şəkildə işlədilməsi üçün nəzərdə tutulub və yüksək performansı aşağı enerji sərfiyyatı ilə birləşdirir.
        NVIDIA-nın sözlərinə görə, bir çox kompüter istehsalçıları artıq RTX Spark platformasına maraq göstərir. İlk tərəfdaşlardan biri isə Microsoft olub. Şirkət yeni Surface Laptop Ultra modelini təqdim edib və bu cihazın RTX Spark platformasından istifadə edəcəyi açıqlanıb.
    Paylaş