Ofis işləri üçün BenQ EW2790U monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
16.12.2024
Emil
BenQ şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru BenQ EW2790U adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 5 millisaniyə təşkil edir.
Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə 5 vatt gücündə iki ədəd səsgücləndiricini, HDMI 2.0, USB-A və USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. BenQ EW2790U monitoru artıq Çində satışa çıxıb və onun qiyməti 522$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
BenQ Zowie XL2546X+ gaming monitoru təqdim edilib - QİYMƏTİ
BenQ şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru BenQ Zowie XL2546X+ adlanır.
Cihazlar+
BenQ PD2706QN professional monitoru təqdim edilib - QİYMƏTİ
BenQ şirkəti öz yeni professional monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru BenQ PD2706QN adlanır.
Cihazlar+
İstifadəçi gözlərinin qorunmasına istiqamətlənmiş BenQ GW2486TC monitoru təqdim edilib - QİYMƏTİ
BenQ şirkəti istifadəçi gözlərinin qorunması özəlliyini özündə birləşdirən yeni monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru BenQ GW2486TC adlanır.
Cihazlar+
BenQ Mobiuz EX381U gaming monitoru təqdim edilib
BenQ şirkəti öz yeni böyük ölçülü gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru BenQ Mobiuz EX381U adlanır.
Cihazlar+
BenQ Mobiuz EX321UX gaming monitoru təqdim edilib - QİYMƏTİ
BenQ şirkəti Avropa bazarında yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru BenQ Mobiuz EX321UX adlanır.
Ən çox oxunanlar