main-post-cover

    Ofis işləri üçün HP Z34c G3 WQHD monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    28.03.2024
    Emil Nəcəfov
         HP şirkəti öz yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru HP Z34c G3 WQHD adlanır. Bu monitor ofis işlərinin görülməsi üçün nəzərdə tutulub. Monitorun bir qeyri-adi dizayn özəlliyi ondan ibarətdir ki, o, hərəkətli veb kameraya sahibdir. Yəni kamera monitorun yuxarı hissəsində gövdə daxilində yerləşir. Lazım olduğu zaman o, xarici istiqamətə çıxa bilir. HP Z34c G3 WQHD 3440x1440 piksel keyfiyyətli 34 düym IPS ekranla təchiz olunub. Ekran bir qədər əyilmiş dizaynda hazırlanıb və onun maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir. Monitorun veb kamerası isə 5 MP-dir. Monitor özündə DisplayPort 1.4, HDMI 2.0, USB-A, USB-BUSB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bunun üçün o, 100 vatt çıxış gücünə sahibdir. HP Z34c G3 WQHD artıq Çində satışa çıxıb və onun qiyməti 831$ təşkil edir. Monitorun qlobal bazarda satılıb-satılmayacağı isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HP Omen Transcend 32 gaming monitoru təqdim edilib
    hp-omen-transcend-32-gaming-monitoru-teqdim-edilib
    HP yeni gaming monitorunun təqdimatına hazırlaşır
    hp-yeni-gaming-monitorunun-teqdimatina-hazirlasir