
Ofis işləri üçün nəzərdə tutulmuş AOC Q27E12C adlı yeni monitor təqdim edilib - QİYMƏTİ
Cihazlar+
12.12.2023
Emil
AOC şirkəti ofis işləri üçün nəzərdə tutulmuş AOC Q27E12C adlı yeni monitorunu təqdim edib. Beləliklə sözügedən yeni monitor 100 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir və özündə HDR10 ilə Adaptive-Sync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.0, DP 1.4, USB-A 2.0, USB-C girişlərinə sahibdir. USB-C girişi vasitəsilə isə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. AOC Q27E12C artıq Çin bazarında satışa çıxıb və 140$-a satılır. Onun qlobal bazarda satılıb-satılmayacağı isə bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
