Logo
    main-post-cover

    Ofis işləri üçün ViewSonic VX2730-4K-HDU monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    29.07.2024
    Emil
         ViewSonic şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru ViewSonic VX2730-4K-HDU adlanır. Beləliklə bu yeni monitor 73 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, 10 bit-lik rəngləri dəstəkləyir. Ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Monitor özündə HDMI, DisplayPortUSB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. ViewSonic VX2730-4K-HDU artıq Çində satışa çıxıb və onun qiyməti 197$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş