Logo
    main-post-cover

    Ofis işləri və media kontentlər üçün ViewSonic VP2776T-4K monitoru təqdim edilib

    Cihazlar+
    09.09.2024
         ViewSonic şirkəti ofis işləri və müxtəlif kontentlərlə çalışmaq üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru ViewSonic VP2776T-4K adlanır. Beləliklə bu yeni monitor 75 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym ölçülü Nano IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 5 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə 3 vatt gücündə iki ədəd səsgücləndiricini və HDMI 2.1, DisplayPort 1.4, Thunderbolt 4, USB-A 3.2, USB-B 3.2, USB-C 3.2 girişlərini birləşdirir. Thunderbolt 4 girişlərindən biri USB-C-dir və o, digər cihazları şarj etmək üçün 100 vatt çıxış gücünə sahibdir. ViewSonic VP2776T-4K-nın nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı açıqlanmayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Ofis işləri və media kontentlər üçün ViewSonic VP2776T-4K monitoru təqdim edilib | Technote