Logo
    main-post-cover

    Ofis işləri və media kontentlərlə çalışmaq üçün ViewSonic VX2771-4K-HDU monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    14.10.2024
    Emil
         ViewSonic şirkəti ofis işləri və media kontentlərlə çalışmaq üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru ViewSonic VX2771-4K-HDU adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit, istifadəçi əməliyyatlarına reaksiya müddət isə 5 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4, USB-C girişlərini və 3.5 mm-lik audio girişi birləşdirir. USB-C girişi vasitəsilə isə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 96 vatt çıxış gücünə sahibdir. ViewSonic VX2771-4K-HDU artıq Çində satışa çıxıb və onun qiyməti 195$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş