Logo
    main-post-cover

    Ofis işləri və müxtəlif media kontentlərlə çalışmaq üçün nəzərdə tutulmuş Philips 27B2U6903 monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.09.2024
    Emil
         Philips şirkəti ofis işləri və müxtəlif media kontentlərlə çalışmaq üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Yeni monitor Philips 27B2U6903 adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 96%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4, Thunderbolt 4, USB 3.2 Gen 2, USB Type-A, USB-C, Lan girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. Thunderbolt 4 girişlərindən biri vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 100 vatt çıxış gücünə sahibdir. Philips 27B2U6903 bu ayın sonuna kimi satışa çıxacaq və onun qiyməti 450 avro təşkil edəcək.
    Paylaş