main-post-cover

    Oktyabr ayında yeni iPad mini planşetinin təqdimatı gözlənilir

    Cihazlar+
    09.09.2024
    Emil Nəcəfov
         Apple bu gecə iPhone 16 smartfon seriyasının təqdimatını keçirəcək. Təqdimat çərçivəsində iPhone 16 smartfon seriyasından əlavə yeni Apple Watch smart saatları və AirPods 4 naqilsiz qulaqlığının da təqdim olunacağı gözlənilir. Lakin məlum olub ki, bu gecə təqdim olunacaq məhsullar Apple şirkətinin bu il üçün nəzərdə tutulmuş son məhsulları deyil. Belə ki, Bloomberg saytının məşhur insayderi Mark Gurman bildirib ki, şirkət oktyabr ayında planşet və kompüterlərinə həsr edilmiş daha bir təqdimat tədbirini keçirəcək.
         İnsayderin sözlərinə əsasən gələn ay təqdim olunacaq yeni məhsullardan biri də yeni iPad mini olacaq. Ola bilsin ki, şirkət adi iPad planşetinin də yeni versiyasını təqdim etsin. Qeyd etmək lazımdır ki, iPad mini sonuncu dəfə 2021-ci ildə yenilənmişdi. Gözləntilərə əsasən yeni iPad mini planşeti daha sürətli prosessor vasitəsilə çalışacaq və özündə təkmilləşdirilmiş kameralar ilə Wi-Fi 6EBluetooth 5.3 texnologiyalarının dəstəklərini birləşdirəcək. Bundan əlavə olaraq gələn ay üçün M4 prosessorları vasitəsilə çalışacaq yeni Mac kompüterlərinin təqdim olunacaqları gözlənilir. Söhbət, MacBook Pro, iMac Mac mini kompüterlərindən gedir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 Pro-nun standart versiyası 128 GB daxili yaddaşa sahib olmayacaq
    iphone-16-pro-nun-standart-versiyasi-128-gb-daxili-yaddasa-sahib-olmayacaq
    Apple fərdi 5G modemini gələn il bəzi iPhone-larına inteqrasiya edə bilər
    apple-ferdi-5g-modemini-gelen-il-bezi-iphone-larina-inteqrasiya-ede-biler
    Növbəti iPhone SE maye kristallik ekrandan yeni növ ekrana keçid edəcək
    novbeti-iphone-se-maye-kristallik-ekrandan-yeni-nov-ekrana-kecid-edecek
    Təqdimata hazırlaşan Apple Watch Series 10 smart saatı barəsində ilk detallı məlumatlar təqdim edilib
    teqdimata-hazirlasan-apple-watch-series-10-smart-saati-baresinde-ilk-detalli-melumatlar-teqdim-edilib
    iPhone 16 Pro modellərinin kameralarındakı çəkiliş rejimlərindən biri daha da yaxşılaşdırılmış olacaq
    iphone-16-pro-modellerinin-kameralarindaki-cekilis-rejimlerinden-biri-daha-da-yaxsilasdirilmis-olacaq