
Oktyabr ayının ən güclü subflaqman Android smartfonlarının reytinqi təqdim olunub
Cihazlar+
04.11.2023
Emil
AnTuTu bençmarkı oktyabr ayının ən güclü subflaqman Android smartfonlarının reytinqini təqdim edib. Reytinqə 10 smartfon daxil olub. Onlardan ikisi Snapdragon 7+ Gen 2 prosessoru, dördü MediaTek Dimensity 8200 prosessoru, ikisi Dimensity 8200 Ultra prosessoru, digər ikisi isə Dimensity 8100 Max prosessoru vasitəsilə çalışır. Beləliklə oktyabr ayına əsasən ən güclü subflaqman Android smartfonların ilk beşliyi belədir. Realme GT Neo5 SE, Redmi Note 12 Turbo, iQOO Z8, vivo S17 Pro və iQOO Neo7 SE. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə bu cürdür. Xiaomi CIVI 3, Redmi K60E, OnePlus Ace Racing Edition, Redmi Note 12T Pro və OPPO Reno9 Pro 5G.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
