
OLED ekranlı MacBook Pro artıq çox yaxındır
Cihazlar+
11.02.2025
Emil
Cənubi Koreyanın The Elec nəşri, Samsung Display-in yeni OLED panellərinin istehsalına başlamaq planları barədə məlumat əldə edib. Mənbəyə görə, istehsalı planlaşdırılan yeni OLED panellərin əsas sifarişçisi Apple şirkətidir. Bu da MacBook modellərinin OLED ekranlara keçəcəyi barədə illərdir yayılan şayiələri təsdiqləyir. Daha əvvəl məşhur analitik Ming-Chi Kuo, OLED ekranlı MacBook Pro-nun 2025-ci ildə təqdim olunacağını bildirmişdi.
Lakin Ross Young adlı məşhur insayder, Apple-ın bu noutbuku 2026-cı ildə bazara çıxarmağı planlaşdırdığını iddia etmişdi. Daha sonra Ming-Chi Kuo öz proqnozlarını yenidən nəzərdən keçirərək, OLED ekranlı MacBook-un 2026-cı ildə təqdim ediləcəyini bildirdi. The Elec-in hesabatına görə, OLED ekranlı MacBook Pro həqiqətən də gələn il satışa çıxa bilər.

Hesabatda bildirilib ki, Samsung Display cari ilin birinci yarısında "A6" kod adı ilə tanınan yeni səkkizinci nəsil OLED ekran istehsal xəttinin tikintisini başa çatdırmağı planlaşdırır. Bu istehsal xəttində 2026-cı ildə təqdim olunması gözlənilən MacBook Pro modelləri üçün OLED panellər istehsal ediləcək. Proqnozlara görə, Samsung hər il Apple üçün 3-5 milyon ədəd OLED panel tədarük edəcək. OLED ekranlara keçidlə birlikdə, MacBook Pro tamamilə yeni dizayna sahib olacaq:
- Daha incə və yüngül gövdə
- Ön kamera üçün ənənəvi çıxıntı yerinə ekranın alt hissəsinə yerləşdiriləcək kiçik dəlik.
Bununla yanaşı, OLED ekranlı MacBook Air modellərinin istehsalının ən azı 2029-cu ilə qədər təxirə salındığı bildirilib.
Mənbə: Wccftech
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Apple şirkətinin öz AR eynək layihəsini ləğv etmədiyi məlum olub
Son günlərdə yayılmış məlumatlara görə, Apple özünün artırılmış reallıq (AR) eynəyi layihəsini ləğv edib. Lakin şirkətin niyə bu potensial baxımdan perspektivli layihədən imtina etdiyi məlum deyildi.

Cihazlar+
Smartfon keyslərinin istehsalçısı iPhone SE 2025-in xarici görünüşünü sərgiləyib
Smartfonlar üçün keys istehsalı ilə məşğul olan Spigen adlı şirkətin saytında növbəti iPhone SE modelinin render fotoları yayımlanıb və bu, cihazın dizaynı ilə bağlı şayiələri təsdiqləyir.

Təhlükəsizlik
Böyük Britaniya Apple-dan istifadəçilərin izlənməsi imkanının təqdim edilməsini tələb edib
Böyük Britaniyanın hüquq-mühafizə orqanlarının nümayəndələri Apple-a məxfi göstəriş verərək, şirkətin bulud xidmətlərində saxlanılan bütün istifadəçi materiallarına çıxış imkanı yaradacaq bir backdoor (gizli giriş) hazırlamağı tələb ediblər.

Cihazlar+
iPad planşet bazarındakı dominantlığını qoruyub saxlayır
Apple planşet bazarında liderliyini qoruyaraq 2024-cü ilin dördüncü rübündə qlobal bazar payının 42.3%-ni əldə edib. Canalys-in ən son hesabatına görə, şirkət 16.9 milyon iPad tədarük edib ki, bu da 2023-cü ilin dördüncü rübündəki 14.8 milyon ədədə nisbətən 2.1 milyon ədəd daha çoxdur.

Cihazlar+
iPhone SE 2025 artıq gələn həftə təqdim oluna bilər
Apple iPhone SE 2025 smartfonunun buraxılışına hazırlaşır və onun təqdimatı artıq gələn həftə baş tuta bilər. Bunu Bloomberg-in məşhur insayderi Mark Gurman bildirib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
