main-post-cover

    OLED ekranlı MacBook Pro-nun nə zaman satışa çıxacağı açıqlanıb

    Cihazlar+
    31.05.2024
    Emil Nəcəfov
         Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti OLED ekrana sahib MacBook Pro-nu satışa çıxaracaq. Üstəlik artıq məlumdur ki, Samsung şirkəti 13 düym ekranlı MacBook Air üçün OLED ekranların istehsalı ilə məşğul olacaq və Apple tərəfindən planlaşdırılan OLED ekranlı MacBook Pro noutbuku MacBook Air üçün istehsal ediləcək OLED ekranın daha yaxşılaşdırılmış versiyasını əldə edəcək. Omdia adlı şirkətin analitiki öz növbəsində OLED ekranlı MacBook Pro-nun nə zaman satışa çıxacağı barəsində məlumat verib.
        Analitik bildirib ki, Apple şirkəti OLED ekranlı MacBook Pro-nu 2026-cı ildə satışa çıxartmağı planlaşdırır. Omdia şirkətinin proqnozlarına əsasən noutbuklar üçün nəzərdə tutulmuş OLED ekranlara tələbat 2023-cü ildən 2031-ci ilə kimi 37% yüksələcək. Bu, bir çox istehsalçıların öz noutbuk və planşetlərində daha çox OLED ekranlardan istifadəyə üstünlük vermələri ilə bağlıdır. Proqnozlarda qeyd edilib ki, OLED ekranlı MacBook Pro-nun satışa çıxması bu ekranlara tələbatı daha da artıra bilər. Məlumata əsasən MacBook Air Samsung-un 6-cı nəsil OLED ekranını əldə edəcəyi halda MacBook Pro ilə iPad Pro 8-ci nəsil OLED ekranı əldə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple-ın iPhone-lar üçün etdiyi dözümlülük testləri ortaya çıxıb! (VİDEO)
    apple-in-iphone-lar-ucun-etdiyi-dozumluluk-testleri-ortaya-cixib-video
    Apple, tənqidlərə səbəb olan "Crush" reklamından sonra yeni iPad Pro reklamını təqdim edib!
    apple-tenqidlere-sebeb-olan-crush-reklamindan-sonra-yeni-ipad-pro-reklamini-teqdim-edib
    iPhone 16 Pro-nun qoruyucu keysləri sızdırılıb!
    iphone-16-pro-nun-qoruyucu-keysleri-sizdirilib
    iPhone 16 Pro modelləri ekran altı FaceID texnologiyası gələ bilər!
    iphone-16-pro-modelleri-ekran-alti-faceid-texnologiyasi-gele-biler
    iPhone 16 Pro-nun iPhone 15 Pro ilə müqayisə fotoları ortaya çıxıblar
    iphone-16-pro-nun-iphone-15-pro-ile-muqayise-fotolari-ortaya-cixiblar