main-post-cover

    OnePlus 10 Pro flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    11.01.2022
    Emil Nəcəfov
        OnePlus şirkəti öz yeni flaqman smartfonu olan OnePlus 10 Pro-nu təqdim edib. Təqdim edilmiş OnePlus 10 Pro smartfonu özündə 150 dərəcə bucaq təsvirinə sahib ikinci nəsil Hasselblad kamerasını, daha yüksək enerji effektivliyinə sahib ekranı və 80 vatt gücündə sürətli şarj texnologiyasını birləşdirir. Bununla yanaşı smartfonun arxa panel dizaynı əvvəlki OnePlus modellərindən bir qədər fərqlənir. OnePlus 10 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.7 düym Fluid AMOLED ekran ilə təchiz olunub. Smartfonun ekranı ikinci nəsil LTPO texnologiyası əsasında hazırlanıb.
        Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bundan əlavə olaraq ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 8 Gen 1 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (f/1.8 diafraqma, OIS) + 50 MP (f/2.2 diafraqma, 150 dərəcə bucaq təsviri) + 8 MP (f/2.4 diafraqma, OIS, 3.3 qat optik zoom) üçlü arxa kamera, 32 MP-lik (f/2.4 diafraqma, saniyədə 30 kadr sürətlə 1080p videoların çəkilişi) ön kamera və 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Bundan əlavə olaraq OnePlus 10 Pro modeli 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Smartfon özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC texnologiyasını birləşdirir. Smartfon Çin bazarında ColorOS 12.1 interfeysli Android 12 vasitəsilə çalışacaq. Lakin qlobal bazarda smartfon OxygenOS 12 interfeysinə sahib olacaq. Çin bazarında OnePlus 10 Pro smartfonu 13 yanvar tarixində satışa çıxacaq. Onun qlobal bazarda nə zaman satılacağı barəsində hələ bir məlumat yoxdur. Smartfonun Çin bazarındakı qiymətləri aşağıdakı kimidir:
    - 8 GB RAM + 128 GB yaddaş - 738$
    - 8 GB RAM + 256 GB yaddaş - 785$
    - 12 GB RAM + 256 GB yaddaş - 832$.
    Linki kopyala