Reklam
OnePlus 10 Pro flaqman smartfonunun sahib olacağı texniki göstəricilər barəsində məlumat verilib

OnePlus 10 Pro flaqman smartfonunun sahib olacağı texniki göstəricilər barəsində məlumat verilib

Mobil Cihazlar
12.02.2022 PAYLAŞIM

    Gələn ilin əvvəlində OnePlus şirkətinin OnePlus 10 Pro flaqman smartfonunu təqdim edəcəyi gözlənilir. Digital Chat Station ləqəbli məşhur çinli insayder isə təqdimatdan öncə sözügedən smartfonun texniki özəllikləri barəsində məlumat verib. Beləliklə insayderin verdiyi məlumatlara əsasən OnePlus 10 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunacaq. Smartfon ekranının kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq.

    32 MP-lik ön kamera isə ekranın yuxarı sol hissəsindəki kiçik dairəvi çıxıntıda yerləşdiriləcək. Məlumatda qeyd edilib ki, OnePlus 10 Pro modeli 50 MP + 48 MP + 8 MP üçlü arxa kamera ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 3 qat optik zoom funksiyasının dəstəyini də əldə edəcək. Həmçinin smartfonda 80 vatt gücündə naqilli və 50 vatt gücündə naqilsiz sürətli şarj texnologiyalarının dəstəklərinin olacağı da gözlənilir. OnePlus 10 Pro ColorOS 12 interfeysli Android 12 vasitəsilə çalışacaq. Smartfonun dəqiq təqdimat tarixi barəsində heç bir məlumat yoxdur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Galaxy S23 və Galaxy S23+ smartfonlarının dizaynları sərgilənib

OnLeaks ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaqları gözlənilən Galaxy S23 və Ga..


Orta büdcəli Xiaomi Civi 2 smartfonu təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti ilk növbədə gənclər üçün nəzərdə tutulmuş Civi 2 smartfonunu təqdim edib...


Samsung smartfonlar üçün ekranın alt hissəsinə yerləşdirilən ikili ön kamera tex..

Smartfon istehsalçılarının bir hissəsi öz məhsullarının ekranlarında müxtəlif çıxıntı hissə ilə təcr..


Apple gələn il iPhone 15 Pro Max-ı iPhone 15 Ultra ilə əvəzləyə bilər

Bloomberg saytının jurnalisti Mark Gurman-ın fikrincə gələn il Apple şirkəti adi iPhone modelləri il..


iPhone 14 Pro-nun yol-nəqliyyat qəzasını təyin etmək funksiyası test edilib (VİD..

Bu ayın əvvəlində təqdim edilmiş yeni iPhone 14 smartfonları təkcə Dynamic Island adlı çıxıntı hissə..


LG-nin uzana bilən ekrana sahib smartfonu sərgilənib (VİDEO)

Öz mobil şöbəsinin bağlanmasından bir neçə ay öncə LG şirkəti CES 2021 sərgisi çərçivəsində uzanan e..

×