main-post-cover

    OnePlus 11 flaqman smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    04.01.2023
    Farid Pardashunas
        OnePlus şirkəti Çində keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində OnePlus 11 flaqman smartfonunu təqdim edib. Təqdim edilmiş yeni OnePlus 11 modeli şirkətin əvvəlki smartfon modelləri ilə müqayisədə daha fərqli xarici görünüş əldə edib. Bununla yanaşı smartfon flaqman texniki özəlliklərə, RAM yaddaşının optimizasiyası mexanizminə və Android smartfonlar arasında ən böyük vibrasiya motoruna sahibdir. Beləliklə OnePlus 11 modeli metal materialdan hazırlanmış gövdəyə və şüşə materialdan hazırlanmış arxa panelə sahibdir. Smartfonun kənar hissəsində isə cihazı səssiz rejimə keçirdən xüsusi fiziki düymə mövcuddur. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 3216x1440 piksel keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunub.
        Ekran Dolby Vision HDR10+ texnologiyalarını dəstəkləyir və onun maksimal parlaqlıq səviyyəsi 1300 nit təşkil edir. Əlavə olaraq ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub və barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Fotolardan da görmək olar ki, ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılıb. OnePlus 11-in gövdəsi IP54 standartı üzrə sudan qorunur və özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çip ilə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 8 Gen 2 prosessoru, 12/16 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya, avtofokus, 84 dərəcə bucaq əhatəsi) + 48 MP (f/2.2 diafraqma, avtofokus, 120 dərəcə bucaq əhatəsi) + 32 MP (f/2.0 diafraqma, 2 qat optik zoom, 20 qat rəqəmsal zoom, 49 dərəcə bucaq əhatəsi) üçlü arxa kamera və 16 MP-lik (f/2.4 diafraqma, 82 dərəcə bucaq əhatəsi) ön kamera və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon ColorOS 13 interfeysli Android 13 vasitəsilə çalışır. OnePlus 11 Çin bazarında 9 yanvar tarixində satışa çıxacaq. Onun qlobal versiyasının təqdimatı gələn ay baş tutacaq. OnePlus 11-in Çin bazarındakı qiymətləri isə aşağıdakı kimi olacaq:
    - 12 GB RAM + 256 GB yaddaş - 580$
    - 16 GB RAM + 256 GB yaddaş - 640$
    - 16 GB RAM + 512 GB yaddaş - 710$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər