main-post-cover

    OnePlus 11-in sahib olacağı bütün texniki özəlliklər barəsində məlumat verilib

    Cihazlar+
    20.10.2022
    Emil Nəcəfov
        Digital Chat Station ləqəbli məşhur insayder OnePlus şirkətinin növbəti flaqman smartfonunun bütün texniki özəllikləri barəsində məlumat verib. Güman olunur ki, şirkətin növbəti flaqman smartfonu bazara OnePlus 11 Pro deyil, OnePlus 11 5G adı ilə satışa çıxacaq. Gözləntilərə əsasən smartfon flaqman texniki özəlliklər ilə yanaşı özündə böyük ölçülü LTPO ekranı, üçlü arxa kameranı və yüksək sürətli şarj texnologiyasını birləşdirəcək. Beləliklə Digital Chat Station-un verdiyi məlumata əsasən OnePlus 11 5G modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 3216x1440 piksel keyfiyyətli 6.7 düym AMOLED ekranı (LTPO texnologiyası əsasında hazırlanmış) özündə birləşdirəcək.
        Digər texniki göstəricilər baxımından smartfon Snapdragon 8 Gen 2 prosessoru, 16 GB RAM, 256 GB daxili yaddaş həcmi və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Kameralara gəldikdə isə flaqman smartfon 50 MP + 48 MP (ultragenişbucaqlı obyektiv) + 32 MP (teleobyektiv) üçlü arxa kameraya sahib olacaq. Həmçinin məlumatda qeyd edilib ki, smartfon OxygenOS 13 interfeysli Android 13 vasitəsilə çalışacaq. OnePlus 11 5G-nin nə zaman təqdim olunacağı barəsində məlumat yoxdur. Smartfon ya bu ilin sonuna kimi ya da gələn ilin əvvəlində təqdim oluna bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər