main-post-cover

    OnePlus 11 smartfonunun texniki özəllikləri barəsində məlumatlar verilib

    Cihazlar+
    17.11.2022
    Farid Pardashunas
        İnsayderlərdən biri OnePlus şirkətinin növbəti flaqman smartfonunun texniki göstəriciləri barəsində məlumatları təqdim edib. Söhbət, OnePlus 11-dən gedir. Məlumata əsasən OnePlus 11 modeli flaqman texniki özəlliklər ilə yanaşı həmçinin özündə səssiz rejimə keçirtmə üzrə ayrıca fiziki düyməni və kamera istehsalı ilə məşğul olan Hasselblad şirkətinin ayarlarına sahib kameraları birləşdirəcək.
        Təqdim edilmiş məlumatda qeyd edilib ki, OnePlus 11 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunacaq. Məlumatda smartfonun ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş hansısa çıxıntı hissənin olub-olmaması qeyd edilməyib. Lakin qeyd edilib ki, smartfon 32 MP-lik ön kameraya sahib olacaq.
        Əsas texniki göstəricilər baxımından smartfon Snapdragon 8 Gen 2 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP + 48 MP + 32 MP üçlü arxa kamera və 50 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 100 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyəcək. Məlumata əsasən OnePlus 11 modeli OxygenOS 13 interfeysli Android 13 vasitəsilə çalışacaq. OnePlus öz yeni flaqman smartfonunu gələn ilin birinci yarısında təqdim etməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər