
OnePlus 12-də hansı dəyişikliklər olacaq?
Son zamanlarda OnePlus tənqid olunur ki, şirkət indi öz mövcudluğunun ilk zamanlarında pərəstişkarlarının fikirlərini dinlədiyi kimi dinləmir. Lakin insayderlər bildiriblər ki, şirkət yeni smartfonunun hazırlanması prosesi çərçivəsində pərəstişkarlarının fikirlərini dinləməyə qərar verib. İnsayderlərin sözlərinə əsasən OnePlus 12 sözün əsl mənasında flaqman smartfon olmalıdır. Məlumata əsasən OnePlus 11 ilə müqayisədə OnePlus 12-də 5 istiqamət üzrə yenilənmə olacaq.
- Yaxşılaşdırılmış yeni nəsil ekran
- Yeni əsas arxa kamera sensoru
- Teleobyektiv kamerası
- Daha sürətli şarj texnologiyasının dəstəyi
- Simmetrik dizayn.
Bunlar smartfon barəsində ümumiləşdirilmiş məlumatlardır və onlar OnePlus 12-nin konkret texniki göstəricilərini əks etdirmirlər. Yəni smartfonun yastı və ya kənarları əyilmiş ekrana, 1 düym ölçülü əsas arxa kamera sensoruna, gövdəsinin sudan və tozdan qorunma özəlliyinə sahib olub-olmayacağı bilinmir. Sadəcə olaraq dəqiq olan odur ki, smartfon flaqman Snapdragon prosessoru vasitəsilə çalışacaq. İnsayderlər bildiriblər ki, OnePlus 12 bu ilin dekabr ayında ilk növbədə Çin bazarında, 2024-cü ilin birinci rübündə isə qlobal bazarda təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər