Logo
    main-post-cover

    OnePlus 12 hansı kameralara sahib olacaq?

    Cihazlar+
    11.10.2023
    Emil
         OnePlus şirkətinin hal hazırda hazırladığı smartfonlardan biri də OnePlus 12-dir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən yeni flaqman smartfonun kameraları barəsində məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən OnePlus 12 smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq. Əsas kamera sensoru Sony IMX966 olacaq. Sözügedən kamera sensoru yaxın zamanda təqdim olunmalıdır. Bu kamera sensoru 50 MP-lik olacaq və f/1.7 diafraqma ilə 23 mm-lik fokus məsafəsinə sahib olacaq.
         Bundan əlavə olaraq Sony IMX966 optik stabilizasiya özəlliyini də əldə edəcək. Smartfondakı ikinci kamera sensoru 48 MP-lik Sony IMX581 olacaq. O, f/2.2 diafraqmaya və 14 mm-lik fokus məsafəsinə sahib olacaq. Üçüncü kamera sensoru isə 64 MP-lik OmniVision OV64B olacaq. O, optik stabilizasiya özəlliyinə və 3 qat optik zoom-a sahib olacaq. OnePlus 12-nin bu ilin sonunda Çində təqdim olunacağı gözlənilir. Smartfonun qlobal versiyasının təqdimatı isə gələn ilin əvvəlində baş tutmalıdır.
    Paylaş