Logo
    main-post-cover

    OnePlus 12 haqqında növbəti məlumatlar təqdim edilib

    Cihazlar+
    21.08.2023
    Emil
        Artıq sirr deyil ki, OnePlus şirkəti hal hazırda OnePlus 12 flaqman smartfonu üzərində çalışır. İndi isə insayderlər sözügedən smartfonun texniki göstəriciləri barəsində növbəti məlumatları təqdim ediblər. Beləliklə təqdim edilmiş məlumatlara əsasən OnePlus 12 smartfonu 5400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, OnePlus 11 smartfonu 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunur.
        Bununla yanaşı OnePlus 12 modeli 100 vatt gücündə sürətli naqilli şarj texnologiyasını və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. İnsayderlərin sözlərinə əsasən smartfon 50 MP + 50 MP + 64 MP üçlü arxa kameraya sahib olacaq. OnePlus 11 modeli özündə 50 MP + 32 MP + 48 MP üçlü arxa kameranı birləşdirir. OnePlus 12 Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və onun gövdəsi IP standartı üzrə sudan qorunacaq. Qeyd etmək lazımdır ki, OnePlus 12-nin bu ilin sonunda Çin bazarında, gələn ilin əvvəlində isə qlobal bazarda təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər