Logo
    main-post-cover

    OnePlus 12-nin ekran özəllikləri təqdim edilib

    Cihazlar+
    13.10.2023
    Emil
         Digital Chat Station ləqəbli məşhur insayder OnePlus 12 flaqman smartfonu barəsində məlumatları təqdim etməyə davam edir. Bu dəfə insayder sözügedən smartfonun ekranı barəsində məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən OnePlus 12 smartfonu 3168x1440 piksel keyfiyyətli 6.82 düym LTPO AMOLED ekranla təchiz olunacaq. Ekranın kənar hissələri bir qədər əyilmiş dizaynda reallaşdırılacaq.
         Bununla yanaşı ekran 120 Hz-lik təsvir yenilənməsinin dəstəyinə sahib olacaq və onun maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edəcək. Məlumatda qeyd edilib ki, OnePlus 12 üçün ekran istehsalı ilə Çinin BOE şirkəti məşğul olacaq. Digər texniki göstəricilərə gəldikdə isə OnePlus 12-nin Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Qeyd etmək lazımdır ki, OnePlus 12 bu ilin sonunda Çində təqdim olunmalıdır. Onun qlobal versiyasının təqdimatı isə gələn ilin əvvəli üçün gözlənilir.
    Paylaş