Logo
    main-post-cover

    OnePlus 12-nin keyfiyyətli render fotoları təqdim edilib

    Cihazlar+
    12.07.2023
    Emil
        OnePlus 12 flaqman smartfonunun təqdimatı ya bu ilin sonuna ya da gələn ilin əvvəlinə gözlənilir. OnLeaks ləqəbli məşhur insayder isə bu smartfonun render fotolarını artıq təqdim edib. Təqdim edilmiş render fotolara əsasən söyləmək olar ki, OnePlus 11 ilə müqayisədə OnePlus 12-nin xarici görünüşündə hansısa ciddi dəyişiklikləri gözləmək lazım deyil. Xarici görünüş üzrə iki dəyişiklik olacaq. Birincisi ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yeni smartfon ekranında yuxarı sol hissədə deyil, mərkəzdə yerləşəcək. İkinci dəyişiklik isə ondan ibarət olacaq ki, OnePlus 12 smartfonu periskop obyektivli telekameranı əldə edəcək.
        Lakin bu telekamerada zoom göstəricisinin nə qədər olacağı bilinmir. Fotolardan da görmək olar ki, smartfon ekranının kənar hissələri bir qədər əyilmiş dizaynda reallaşdırılacaq. Texniki göstəricilərə gəldikdə isə bəzi məlumatlara əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli ekran, Snapdragon 8 Gen 3 prosessoru, 24 GB RAM, 1 TB-a kimi daxili yaddaş həcmi və 150 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyəcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər