Logo
    main-post-cover

    OnePlus 12-nin qlobal bazarda nə zaman təqdim olunacağı barəsində məlumat verilib

    Cihazlar+
    18.07.2023
        Keçən həftə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti öz növbəti flaqman smartfonlarından biri olacaq OnePlus 12-ni dekabr ayında təqdim edəcək. Lakin söhbət, smartfonun Çin bazarındakı təqdimatından gedirdi. İndi isə OnePlus 12-nin qlobal bazarda nə zaman təqdim olunacağı barəsində məlumat ortaya çıxıb. Beləliklə insayderlərin verdikləri məlumata əsasən OnePlus 12 flaqman smartfonu qlobal bazarda gələn ilin fevral ayında təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən OnePlus 12 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym OLED ekran, Snapdragon 8 Gen 3 prosessoru, 50 MP-lik əsas arxa kamera və 150 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus 12-nin qlobal bazarda nə zaman təqdim olunacağı barəsində məlumat verilib | Technote