
OnePlus 12-nin satış qiymətində artım olacaq
Cihazlar+
16.10.2023
Emil
OnePlus 12 flaqman smartfonunun təqdimatı bu ilin sonuna gözlənilir. Buna görə də son zamanlarda sözügedən smartfon barəsində daha çox məlumat ortaya çıxır. Keçən həftə məlumat ortaya çıxdı ki, OnePlus 12 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 3168x1440 piksel keyfiyyətli 6.82 düym LTPO AMOLED ekranla təchiz olunacaq və onun maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edəcək. Ekran Çinin BOE şirkəti tərəfindən istehsal ediləcək.
Bundan əlavə olaraq smartfonun 5400 mAh enerji tutumlu batareyaya və 64 MP + 50 MP + 50 MP üçlü arxa kameraya sahib olacağı gözlənilir. İnsayderlərin sözlərinə əsasən bu 3 xüsusiyyət OnePlus 12-nin qiymətini olduqca qaldıracaq. Qeyd etmək lazımdır ki, OnePlus 11-in 8 GB RAM-a və 128 GB yaddaşa sahib versiyasının qiyməti zamanında 700$-dan başlayırdı. OnePlus 12-nin standart versiyasının isə 8 GB RAM-a və 128 GB yaddaşa deyil, 16 GB RAM-a və 256 GB yaddaşa sahib olacağı gözlənilir. Bu da öz növbəsində smartfonun satış qiymətinə öz təsirini göstərəcək.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Huawei bu ilin sonuna kimi yeni Kirin prosessorunu istifadəyə verəcək
Keçən il Huawei şirkəti bildirmişdi ki, 2023-cü ildə yeni Kirin prosessorları olmayacaq. Lakin şirkətin bir neçə müddət bundan öncə təqdim etmiş olduğu Huawei Mate 60 smartfon seriyasının modelləri məhz yeni Kirin prosessoru vasitəsilə çalışırlar.

Cihazlar+
Dünya əhalisinin yarısından çoxu artıq smartfonlardan istifadə edir
GSM Association (GSMA) təşkilatı 2023-cü il üzrə Mobile Internet Connectivity Report adlı hesabatını təqdim edib.

Elm & Texnologiya
Apple Vision Pro-nun sadələşdirilmiş versiyası nə ilə fərqlənəcək?
Apple şirkəti iyun ayında Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim etmişdi.

Süni İntellekt
Mikroplastik hissəciklər hətta buludlarda aşkar edilib
Yapon alimlər Fuci və Oyama dağlarının zirvələrindəki dumandan əldə edilmiş suyun tərkibində 9 növ süni polimer aşkar ediblər.

Startup və Biznes
Microsoft şirkəti Activision Blizzard-ı aldığını sonunda rəsmi şəkildə elan etdi
Microsoft-un Activision Blizzard-ı almaq cəhdi ətrafındakı hekayə artıq 2 il idi ki, davam edirdi.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
