Logo
    main-post-cover

    OnePlus 12-nin texniki göstəriciləri nüfuzlu insayder tərəfindən təqdim edilib

    Cihazlar+
    19.07.2023
        OnLeaks ləqəbli məşhur insayder bir neçə müddət bundan öncə OnePlus 12-nin render fotolarını təqdim etmişdi. İndi isə o, sözügedıən smartfonun texniki göstəricilərini təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən OnePlus 12 flaqman smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.7 düym AMOLED LTPO ekran ilə təchiz olunacaq. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək.
        Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə LPDDR5X standartlı RAM yaddaşını və UFS 4.0 standartlı daxili yaddaş həcmini birləşdirəcək. İnsayderin sözlərinə əsasən smartfon 64 MP + 50 MP + 50 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. O həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının da dəstəyinə sahib olacaq. OnePlus 12-nin Çin bazarında bu ilin dekabr ayında təqdim ediləcəyi gözlənilir. Onun qlobal bazarda təqdimatı isə gələn ilin yanvar və ya fevral ayı üçün gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus 12-nin texniki göstəriciləri nüfuzlu insayder tərəfindən təqdim edilib | Technote